Yük maşını tarlada yatan uşağın üstündən keçdi
    • Bu gün, 11:14
    • 132

Yük maşını tarlada yatan uşağın üstündən keçdi

Türkiyədə mövsümi işçilərin işlədiyi bibər tarlasında ailəsi ilə birlikdə olan Ayşenur Toprak tarlanın kənarında yatıb. 

News24.az xəbər verir ki, Şükrü Ərdəm yük maşınının arxasına keçərkən uşağın üzərinə çıxıb. 

Xəbər üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsindən sonra talehsiz uşağın öldüyü müəyyən edilib.

Qeyd edək ki, qəzadan sonra uşağın yaxınları TIR sürücüsü Şükrü Erdemə tapança ilə atəş açıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Erdemi xilas etmək mümkün olmayıb.

Şübhəlilər haqqında jandarmada əməliyyatlar və hadisə ilə bağlı başladılan istintaq davam edir.

Günel Məlikzadə