152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarıldı
    • 12-02-2023, 13:46
    • 213

152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarıldı

Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 
Adıyamanda 8 mərtəbəli binanın 4-cü mərtəbəsində dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici xilas edilib.
Bununla yanaşı, Elitaş Mahallesi deyilən ərazidə dağıntılar altında qalan 22 yaşlı Rəbiyə adlı qadın xilas olub.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.