-
- 27-08-2024, 09:53
- 128
Qanunsuz saxlanılan silahlarla bağlı tədbirlər davam edir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
News24.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Avqustun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.