-
- 27-08-2024, 10:22
- 456
Qızını boğaraq öldürdü - DƏHŞƏT
Balıkesirdə Gönen rayonunda yaşayan və psixoloji problemləri olduğu iddia edilən Murat Sevilen 18 yaşlı qızı Eylem Sevilenlə mübahisə edərkən boğaraq öldürüb.
News24.az xəbər verir ki, Murat Sevilen qətli törətdikdən sonra evi tərk edib.
Hadisədən sonra evə gələn Eylem Sevilenin anası qızının cansız bədənini açıq qalan divanda tapıb. Anasının polis qruplarına xəbər verməsindən saatlar sonra Murat Sevilen polis qruplarına təslim olub.
Eylem Sevilenin cansız bədəni Gönen Dövlət Xəstəxanasına aparılaraq yarılma üçün Bursa Ədliyyə Tibb Qurumuna göndərilərkən, prokurorluğun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.
Məryəm İlhamqızı