-
- 31-05-2024, 14:26
- 503
Atadan dəhşətli əməl: 3 azyaşlı uşağını öldürdü
Türkiyənin Bursa şəhərində ata 3 azyaşlı qızını öldürüb.
News24.az azerforum-a istinadla xəbər verir ki, rəssamlıqla məşğul olan 39 yaşlı Murat Kılıç qızları 11 yaşlı Zeynep və 6 yaşlı Aslı Kılıçı kəsici alətlə və 3 yaşlı oğlunu boğaraq öldürərək polisə təslim olub.
Hadisə 4 mərtəbəli yaşayış binasının zirzəmisində baş verib. Murat Kılıçın həyat yoldaşı, rəssamlıqla dolanan Gülay Kılıç ötən il 3 övladını qoyub evi tərk edib. Zirzəmidə yaşayan Murat Kılıç övladları Zeynep və Aslı, oğlu Muhammet Ali Kılıçı isə kəsici alətlə boğaraq öldürüb. Övladlarını öldürən Murat Kılıç daha sonra polisə gedərək 'Üç uşağımı öldürdüm. Öz canımı almaq istədim, amma bacarmadım" deyərək polisə təslim olub.