Tramp: 3-cü dünya müharibəsi başlayacaq
    • Bu gün, 10:29
    • 151

Tramp: 3-cü dünya müharibəsi başlayacaq

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp ABŞ Milli Qvardiya Assosiasiyasının Detroytda keçirilən konfransında açıqlamalar verib.

News24.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin dünya müharibəsinə səbəb ola biləcəyini iddia edərək, “Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisinə doğru irəliləyirlər. Üçüncü Dünya Müharibəsi başlayacaq", - deyib.

ABŞ-ın Ukrayna başda olmaqla bütün sursatlarını başqa ölkələrə verdiyini, sursatlarının da tükəndiyini vurğulayan Tramp, “Daha silah-sursatımız yoxdur. O qədər raketlərimiz var idi ki, onların hamısından istifadə edə biləcəyimizi bilmirdik. Bütün anbarlarımız dolu olduğundan yeni anbarlar təşkil edirdik. İndi biz elə bir nöqtəyə gəldik ki, silah-sursatımız qalmadı".

Məryəm İlhamqızı