Sağlam gözə sahib olmaq üçün bu qidaları mütləq qəbul edin...
    • Bu gün, 19:11
    • 218

Sağlam gözə sahib olmaq üçün bu qidaları mütləq qəbul edin...

Son illər göz sağlamlığımızı təhdid edən amillər sürətlə artmaqdadır. Fasiləsiz, uzun müddət kompüter və telefon ekranlarına baxmaq, günəşin zərərli şüalarına məruz qalmaq, qeyri-sağlam qidalanma və gec yatmaq bədənimizin ən mühüm orqanlarından biri olan gözlərimiz üçün olduqca zərərlidir. Sağlam qişa təbəqəsi olmadan gözlərimizin təbii görmə funksiyasını yerinə yetirməsi mümkün deyil. Yanlış həyat vərdişləri isə ona zərər verir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, kök əsrlərdir gözlərə faydası məlum olan qidalardan biridir. Bol A vitamini ehtiva edən, B, C, D və E vitaminləri ilə zəngin olan yerkökü tərkibindəki karoten, şəkər və fosforla da göz sağlamlığına yardım edir. Gözlərimizi qorumaq və gücləndirmək üçün gündə bir və ya iki orta boy kök yemək kifayətdir.

Yumurta güclü protein, vitamin və antioksidant mənbəyidir. Həm də C və E vitaminləri ilə zəngin qidalardandır. Tərkibindəki əhəmiyyətli miqdarda sink sayəsində gözlərimiz üçün bir xəzinə rolunu oynayır və göz xəstəlikləri riskini azaldır. Gündə bir yumurta yemək göz sağlamlığını dəstəkləyir.

Bütün yaşıl tərəvəzlər göz sağlamlığı üçün yaxşıdır. İspanaq, kahı, kələm, brokoli kimi tərəvəzlər tor qişa üçün xüsusilə faydalıdır, çünki onların tərkibində beta karoten, lutein və zeaksantin var. Tərkibindəki yüksək C və E vitamini ilə də gözə böyük xeyir verirlər.

Göz sağlamlığı üçün tərəvəz qədər meyvə istehlakı da vacibdir. Bu nöqtədə ən yaxşı seçim, şübhəsiz ki, sitrus meyvələridir. Naringi, portağal, limon və qreypfrut kimi sitrus meyvələri tərkibindəki yüksək miqdarda C vitamini sayəsində göz sağlamlığı üçün faydalıdır və tor qişa problemlərinin qarşısını alır.

Göz sağlamlığı üçün ət istehlakına da laqeyd yanaşmaq olmaz. Zülal, dəmir və sinklə zəngin olan qırmızı ət B qrupu vitaminlərinin mühüm mənbəyidir. Qırmızı ətdə olan, qan azlığının qarşısını alan və tərkibindəki dəmirlə qan istehsalını dəstəkləyən B12 vitamini sinir sistemində də mühüm rol oynayır. Qırmızı ət istehlakı bədənin sink ehtiyacını böyük ölçüdə ödədiyinə görə onun göz sağlamlığı üçün faydaları qaçılmazdır. Qırmızı ət həftədə 2-3 dəfə istehlak edilməlidir. İdeal gündəlik ət istehlakı 70-100 qramdır.