Bakıda qan içində xəstəxanaya çatdırılan şəxslə bağlı ŞOK MƏLUMAT
    • 7-06-2019, 14:40
    • 677

Bakıda qan içində xəstəxanaya çatdırılan şəxslə bağlı ŞOK MƏLUMAT

Bu ilin fevral ayında Bakıda bıçaqlanmış halda Sabunçu Xəstəxanasına gətirilən 19 yaşlı Sultanov Eldar Rasim oğlunun kim tərəfindən bıçaqlandığı məlum olub.

News24.az
-ın məlumatına görə, xəstəxanada onu dindirən polisə yalan məlumat verərək özü özünü bıçaqladığını deyən Eldarın əslində Pirşağı qəsəbəsində tanışı Abbasqulu Səfərov tərəfindən bıçaqlandığı məlum olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni qəsdən sağlamlığa ağır xəsarət yetirmə - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə cinayət işi açılıb. Günahı sübuta yetirilərsə, onu 6 ildən 11 ilədək həbs cəzası gzöləyir.