23 yaşlı gimnast faciəvi şəkildə öldü – FOTO
    • 27-08-2024, 14:32
    • 659

23 yaşlı gimnast faciəvi şəkildə öldü – FOTO

Çexiyalı gimnast 23 yaşlı Natali Ştiçova Almaniyanın Noyşvanşteyn qəsrində selfi çəkdirərkən 80 metr hündürlükdən yıxılaraq faciəvi şəkildə ölüb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, ölkəsində tanınmış idmançı olan Natali sosial şəbəkədə aktiv idi.

Dostların dediyinə görə, Natali qala qarşısında şəkil çəkdirməyə çalışarkən dağın kənarına çox yaxınlaşıb və müvazinətini itirib. Hadisə zamanı onun iki dostu və sevgilisi David onun yanında olub.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Natali avqustun 21-də 6 günlük həyat mübarizəsindən sonra ölüb.