-
- 27-08-2024, 23:00
- 758
Din xadimi əhalidən yığdığı pulları estetik əməliyyata və əyləncəyə xərclədi
ABŞ-ın Nyu-York şəhərindəki Fransiskan kilsəsinin keşişi Pavel Paul Bielecki Livanın paytaxtı Beyrutda klinika işlətdiyi iddiası ilə on minlərlə dollar toplayıb.
News24.az Publika.az-a istinadən xəbər verir ki, o, yığdığı pulu estetik əməliyyatlarına, dəbdəbəli restoranlara və səyahətlərə xərcləməkdə ittiham olunur.
Pavel Paul Bieleckiyə qarşı 9 il ərzində ianə yolu ilə topladığı 650 min dolları bu şəkildə xərclədiyinə görə ittihamnamə hazırlanıb. Günahı sübuta yetirilərsə, onu 40 il həbs cəzası gözləyir.
İttihama görə, 48 yaşlı keşiş şəxsi xərclərini ödəmək üçün topladığı pulun 600 min dollarını iki kredit kartına yatırıb. Bildirilib ki, bu xərclərə ən dəbdəbəli restoranlarda yemək, aylıq 334 dollarlıq idman zalına üzvlük və bir sıra səfərlər daxildir. O, həmçinin bank hesabına 50 min dollar köçürüb və plastik əməliyyata 15 min dollar xərcləyib.