Dəhşətli olay - Yeni doğulan körpəni valideynləri...
    • 19-10-2023, 20:23
    • 603

Dəhşətli olay - Yeni doğulan körpəni valideynləri...

Körpə uşaqlarını öldürməkdə ittiham olunan valideyinlər saxlanılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə Türkiyədə qeydə alınıb.

Boş ərazidən gələn pis qoxu qətl hadisəsinin üzərini açıb. Kırşehirin Kayabaşı səmtindəki boş ərazidə pis qoxu ilə qarşılaşanlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Xəbər üzrə əraziyə gələn qruplar, yeni doğulmuş körpənin cəsədi ilə qarşılaşıblar.

Körpənin meyiti yarılma üçün xəstəxanaya aparılıb. Müayinə zamanı körpənin bədənində it dişlərinin izlərinin olduğu müəyyən edilib. Polis qrupları bölgədəki təhlükəsizlik kameralarından təxminən 120 saatlıq görüntüləri izləyib və körpənin bioloji valideynləri olduğu müəyyən edilən iki nəfəri saxlayıb.