Torpaq sürüşməsi: ÖLƏNLƏR VAR
    • 27-08-2024, 22:10
    • 341

Torpaq sürüşməsi: ÖLƏNLƏR VAR

Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

News24.az xəbər verir ki, sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb və təxminən 2 min hektar əkin sahəsi dağıdılıb.

Vilayət rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.

Eyni zamanda, Efiopiya Meteorologiya İnstitutu güclü yağışlar səbəbindən sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq da edib.

Avqustun 24-də Efiopiyanın Tiqray bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb.

Günel Məlikzadə