Torpaq sürüşməsi: 157 nəfər öldü
    • 23-07-2024, 15:27
    • 325

Torpaq sürüşməsi: 157 nəfər öldü

Efiopiyanın cənubundakı Qofa bölgəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayının 157-yə yüksəldiyi bildirilib.

News24.az xəbər verir ki, rəsmilərdən Misikir Mitiku dövlət televiziyasına verdiyi açıqlamada ölənlər arasında axtarış-xilasetmə qrupunun üzvlərinin də ola biləcəyini bildirib.

Qofa qubernatoru Dagmawi Ayele bildirib ki, cəmiyyət bu cür fəlakətlərlə mübarizə aparmaq üçün daha yaxşı təchiz olunmalıdır. Ayele, sürüşmə nəticəsində yaranan can itkisi, dağıntı və zərər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Efiopiyanın cənubunda sürüşmələr əsasən yağışlı mövsümdə, iyun-avqust aylarında baş verir.

Günel Məlikzadə