Sevgilisini maşından zorla düşürərək DÖYDÜ
    • Dünən, 23:36
    • 291

Sevgilisini maşından zorla düşürərək DÖYDÜ

Bursada S.B. avtomobildə mübahisə etdiyi sevgilisi H.K.-nı maşından çıxararaq küçənin ortasında döyüb. 

News24.az xəbər verir ki, hadisə ötən gün saat 04.30 radələrində mərkəzi Osmanqazi rayonu Doğanbey məhəlləsində baş verib. 

Onların sevgili olduqları öyrənilib. Hərəkətdə olan avtomobildə onların arasında naməlum səbəbdən mübahisə yaranıb və davaya çevrilib.

Maşını saxlayan S.B sevgilisi H.K.-nı maşından zorla düşürərək döyüb. Yerə yıxılan qadın özünü müdafiə etmək üçün telefonunu S.B.-nin üzünə atıb. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Hadisədən sonra H.K polis bölməsinə gedərək S.B.-dən şikayət edib. 

Məryəm İlhamqızı