-
- 28-08-2024, 13:19
- 262
Tayfun xəbərdarlığı: 192 uçuş ləğv edildi
Yaponiyanın Kaqoşima və Miyazaki əyalətləri başda olmaqla ölkənin müxtəlif bölgələrində təsirli olacağı gözlənilən “Şanşan” qasırğası bu gün axşam saatlarından etibarən həyata mənfi təsir edib.
News24.az xəbər verir ki, əksəriyyətinin Kaqoşima, Fukuoka və Miyazaki əyalətlərində həyata keçirilməsi gözlənilən ən az 192 reys tədbir olaraq ləğv edilib. Ləğv edilən uçuşlardan təxminən 9300 sərnişinin təsirləndiyi açıqlanıb.
Səlahiyyətlilər yaxın saatlarda daha çox reysin ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib və sərnişinləri şirkətlərin cari uçuş məlumatlarına əməl etməyə çağırıb.
Eyni zamanda, Şanşan tayfunu ilə bağlı narahatlıq dəmir yolu və avtomobil nəqliyyatında da fasilələrə səbəb olub.
Kyushu Yüksək Sürətli Qatar Xəttindəki stansiyalar arasında xidmətlərin bu axşam saat 20.00-dan etibarən dayandırılacağı açıqlansa da, digər yüksək sürətli qatar xətlərində ləğv və gecikmələrin ola biləcəyi bildirilib..
Kaqosima və Miyazaki prefekturalarında 130 poçt şöbəsində əks əməliyyatlar müvəqqəti olaraq dayandırılıb və özəl yük şirkətləri çatdırılmalarda gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Səlahiyyətlilər qasırğanın Kyuşu adasına çata biləcəyini açıqlayıb. Güclü külək, daşqın və torpaq sürüşməsinə hazırlıq görməyə çağırıb.
Günel Məlikzadə