Yaponiya fəlakətin ortasında qaldı
    • 16-08-2024, 11:04
    • 211

Yaponiya fəlakətin ortasında qaldı

Yaponiyanın müxtəlif bölgələrində, xüsusilə Kantoda "Ampil" qasırğası həyata mənfi təsir edib. 

News24.az xəbər verir ki, müxtəlif əyalətlərdən həyata keçirilməsi gözlənilən ən azı 990 reys ləğv edilərkən, Tohoku, Joetsu, Hokuriku, Yamaqata, Tokaido və Sanyo yüksək sürətli qatar xətti xidmətləri dayandırılıb.

Ölkə daxilində bir çox yerli qatar xəttində ləğvlər və gecikmələr yaşanarkən, bəzi magistral yollar ehtiyat tədbiri olaraq bağlanıb.

Nəqliyyatın pozulması milyonlarla insanın həyatını iflic edib. Bəzi şirkətlər işçilərini evdən işləməyə təşviq edərkən, bəziləri iş saatlarını erkən bitirmək qərarına gəliblər. Bundan başqa, bir çox dövlət qurumları iş saatlarını məhdudlaşdırıb və günorta saatlarında fəaliyyətini dayandırıb. 

İnsanların qasırğa qorxusu ilə marketlərə axışmağı da səhər saatlarından etibarən rəflərin boşalmasına səbəb olub.

Məryəm İlhamqızı