Rusiya təbii qazında Türkiyə planı
    • 28-08-2024, 23:10
    • 619

Rusiya təbii qazında Türkiyə planı

Moskva birbaşa Türkiyəni maraqlandıran Rusiya təbii qazı ilə bağlı açıqlama verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Kreml Rusiya qazının Ukrayna üzərindən Avropaya göndərilməsi üçün alternativ yolların olduğunu və Türkiyədə təbii qaz mərkəzinin yaradılması planlarını açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya təbii qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin dekabrın 31-də başa çatacağını bildirib.

O əlavə edib ki, müqavilə uzadılmasa, avropalı istehlakçılar daha yüksək qiymətlərlə üzləşəcəklər.

Ukrayna bundan əvvəl də dəfələrlə bəyan edib ki, Rusiya ilə yeni təbii qaz tranziti sazişi bağlamağı planlaşdırmır.

Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi Rusiya tərəfindən təbii qazın Avropaya nəqli üçün cəlbedici və real layihə kimi görünür.

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 4-də Soçidə keçirilən görüşlə Türkiyədə qurulacaq təbii qaz mərkəzi layihəsinin sürətləndirildiyi açıqlanıb.

Putin burada verdiyi açıqlamada Qazpromun layihənin yol xəritəsini BOTAŞ-a təqdim etdiyini, prezident Ərdoğan isə İstanbul Maliyyə Mərkəzinin də Türkiyənin enerji mərkəzi olacağını bildirib.

Günel Məlikzadə