İranda ilk: Pezeşkian bu qadına yüksək vəzifə verdi – FOTO
    • 28-08-2024, 17:51
    • 222

İranda ilk: Pezeşkian bu qadına yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın təklifi və hökumətin idarə heyətinin təsdiqi ilə Fatimə Mühacirani hökumətin yeni sözçüsü təyin edilib.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

F.Mühacirani daha əvvəl Şəriəti Qızlar Texniki və Peşə Kollecinin rəhbəri olub. O, 26 oktyabr 1996-cı ildə o vaxtkı təhsil naziri Seyid Məhəmməd Bəthai tərəfindən Brilliant İstedadlar Mərkəzinə rəhbər təyin edilib.

Mühacirani mexanika üzrə ali təhsil alıb. O, magistr pilləsini Şotlandiyanın Heriot-Vatt Universitetində başa vurub.

Qeyd edək ki, Fatimə Mühacirani İranda hökumət sözçüsü təyin edilən ilk qadındır.