-
- 29-08-2024, 11:38
- 335
Güclü yağışlar can aldı - Məktəblər bağlandı
Hindistanın qərbindəki Qucarat ştatlarında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 28-ə yüksəlib.
News24.az Hindistan Times-a istinadən xəbər verir ki, Hindistan Meteorologiya İdarəsi (IMD) avqustun 25-dən Qucarat əyalətində güclü yağışların təsirli olduğunu açıqlayıb.
Şiddətli yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edən IMD, Qucaratın 11 rayonunda "qırmızı həyəcan", 22 rayonunda isə "sarı həyəcan" elan edib.
Qucarat fəlakət idarəsi rəsmiləri həmçinin on minlərlə insanın yağışlardan zərər çəkdiyini və 17 min 800 insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.
Bundan əlavə, ştatın yağışdan zərər çəkmiş bölgələrində bir çox yollar zədələnib, məktəblər iki günlük bağlanıb.
Digər tərəfdən, Baş nazir Narendra Modi vəziyyəti qiymətləndirmək üçün Qucarat əyalətinin baş naziri Bhupendra Patel ilə görüşüb və dövlətə dəstək vəd edib.
Günel Məlikzadə