Güclü yağışlar 94 nəfərin həyatına son qoydu
    • 12-08-2024, 09:02
    • 302

Güclü yağışlar 94 nəfərin həyatına son qoydu

Niger Mülki Müdafiə Baş İdarəsi iyun ayında başlayan şiddətli yağışlardan 135 min 156 adamın zərər gördüyünü açıqlayıb.

News24.az xəbər verir ki, leysan nəticəsində yaranan sel və torpaq sürüşmələrində 94 nəfərin həyatını itirdiyi, minlərlə insanın evsiz qaldığı öyrənilib.

Avqustun 6-da ölənlərin sayının 77 olduğu açıqlanıb.

Qeyd edək ki, Nigerdə yağışlı mövsüm iyunda başlayır və sentyabrda bitir. Ötən il 137 min 797 nəfərin təsirinə məruz qalan güclü yağışlar nəticəsində 41 nəfər ölüb, 53 nəfər xəsarət alıb.

Günel Məlikzadə