Hazırda Qurban Qurbanova ən güclü rəqib kimdir? - FOTO
    • 29-08-2024, 11:59
    • 6 590

Hazırda Qurban Qurbanova ən güclü rəqib kimdir? - FOTO

Qurban Qurbanov uzun illərdir Azərbaycan futbolunda uğur qazanmış bir məşqçidir. Onun rəhbərliyi altında "Qarabağ" klubu həm daxili, həm də beynəlxalq arenada böyük uğurlar əldə edib. 

Bu uğurlar onu digər komandalar üçün ciddi rəqibə çevirir. Qurbanovun ən güclü rəqibi isə "Turan-Tovuz"un baş məşqçisi Kurban Berdiyevdir. Bu günədək çempionatımızda belə rəqabət olmayıb. Qeyd edək ki, 1952-ci il təvəllüdlü Kurban Berdiyev Türkmənistanın Aşqabad şəhərində anadan olub. SSRİ idman ustası olan Berdiyev bütün karyerası boyu rəhbərlik etdiyi klubları önə çıxarıb. Futbolu müdafiədən quran Berdiyevin komandaları çempionatlarda ən az top buraxmağı ilə tanınır. 

Elə "Turan-Tovuz"u meydana çıxardığı 4 oyunda komanda bir qol belə buraxmayıb. Komandanın məqsədi Avropa liqalarına çıxmaqdır. Ən böyük iki məşqçinin rəqib olacağı Azərbaycan çempionatının həmişəkindən maraqlı olacağı gözlənilir.

Aqil Qarayev