Qurban Qurbanov 133-cü oldu
    • 26-08-2024, 11:09
    • 526

Qurban Qurbanov 133-cü oldu

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1675 xala malikdir. O, dünyada 133-cüdür.

Avrokubokların cari mövsümünün arxada qalan hissəsi ona 2 xal qazandırıb. Lakin bu qazanc mövqe dəyişikliyi üçün yetərli olmayıb.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. Altı xal itirən mütəxəssis 3 pillə geriləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Xalları dəyişməz qalan portuqaliyalı bir addım geriləyib.

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 422-ci yerə yüksəlib. Bir addım irəliləyən ukraynalı hesabına bir xal əlavə edib – 1482.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2243 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.