-
- 29-08-2024, 13:56
- 324
15 yaşdan kiçik uşaqlar üçün mobil telefonlar QADAĞAN EDİLDİ
Fransa 15 yaşdan kiçik uşaqların məktəbdə mobil telefondan istifadəsini qadağan etməyə hazırlaşır.
News24.az xəbər verir ki, Təhsil naziri Nikol Belloubetin açıqlamasına görə, ölkədəki 200 pilot orta məktəbdə şagirdlər mobil telefonlarını şkafda saxlamalı olacaqlar.
Belloubet, qadağanın tələbələrə "rəqəmsal fasilə" vermək məqsədi daşıyan sınaqların bir hissəsi olduğunu söyləyib. Qadağanın uğurlu olacağı təqdirdə gələn ildən bütün məktəblərdə tətbiq olunacağı açıqlanıb.
Xatırladaq ki, Fransada 2018-ci ildə qəbul edilən qərara əsasən, ibtidai və orta məktəblərdə şagirdlər mobil telefon gəzdirə bilsələr də, onlardan istifadə etmək qadağandır.
Fransa prezidenti Emmanuel Makron tərəfindən hazırlanan və mart ayında dərc edilən hesabatda rəqəmsal cihazların “yuxu, fiziki fəaliyyət, çəki və görmə” üzərində dolayı və birbaşa mənfi təsirləri olduğu bildirilib.
Hesabatda uşaqlara ən azı 11 yaşına qədər mobil telefon verilməməsi, 11-13 yaş arasında internet bağlantısı olmayan mobil telefonların verilməsi və 15 yaşına qədər sosial media olmadan internetə çıxışı olan mobil telefonların verilməsinin vacibliyi qeyd edilib.
Məryəm İlhamqızı