Məktəblərdə mobil telefonlardan istifadə qadağan edildi
    • 1-02-2024, 12:26
    • 103

Məktəblərdə mobil telefonlardan istifadə qadağan edildi

Qazaxıstan parlamentinin yuxarı palatası məktəblərdə dərs zamanı mobil telefondan istifadənin qadağan edilməsini təklif edən təhsil və mentorluq haqqında qanunvericiliyə dəyişikliklər haqqında qanunu təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

“Qısamüddətli kurrikulumda tələb olunan hallar istisna olmaqla, tələbələrin dərs zamanı mobil telefondan istifadəsinin qanuni olaraq qadağan edilməsi təklif olunur”, - ölkə deputatı Talqat Junusov bildirib.

O qeyd edib ki, dərs zamanı tələbələrin diqqətinin yayınmasının qarşısını almaq üçün bu təcrübə artıq bir sıra ölkələrdə mövcuddur.

Mehriban Mirzəzadə