Bu iPhone məhsulunun satışı QADAĞAN OLUNDU
    • 30-08-2024, 11:38
    • 250

Bu iPhone məhsulunun satışı QADAĞAN OLUNDU

Çin tənzimləyiciləri müəyyən növ simsiz şarj cihazlarının satışını qadağan edib.

News24.az bu barədə “South China Morning Post”-a istinadla xəbər verir. 

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyindən verilən açıqlamaya görə, yeni məhdudiyyətlər sentyabrın 1-dən qüvvəyə minəcək və aviasiya sənayesində istifadə olunan qadağan olunmuş tezliklərdə işləyən simsiz şarj cihazlarına şamil olunacaq.

Payızın əvvəlindən qacetlər üçün simsiz enerji doldurma stansiyaları yalnız üç icazə verilən diapazonda işləyə biləcək: 100-148,5 kilohers, 6765-6795 kilohers və 13553-13567 kilohers. SCMP jurnalistlərinin vurğuladığı kimi, qadağa ilk növbədə iPhone üçün 360 kiloherts tezlikdə işləyən Apple MagSafe şarj stansiyalarına təsir edəcək ki, bu da icazə verilən diapazondan kənardır.

Bundan əlavə, Çin hakimiyyəti istehlakçıların enerji doldurma stansiyalarının maksimum gücünü 80 Vt ilə məhdudlaşdırır. Yeni qaydalara əsasən, məhdudiyyətləri pozan şarj cihazlarının idxalı dayandırılacaq.