-
- 30-08-2024, 12:29
- 246
Bakıda 2 yaşlı uşaq faciəli şəkildə öldü
Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.
News24.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğlu yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.
Onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib.