Ukrayna ordusunda ilk F-16 itkisi: Pilot öldü
    • 30-08-2024, 12:51
    • 313

Ukrayna ordusunda ilk F-16 itkisi: Pilot öldü

Ukrayna rəsmiləri bazar ertəsi günü hərbi F-16 qırıcısının Rusiyanın böyük hücumunu dəf etməyə çalışarkən qəzaya uğradığını açıqlayıb.

News24.az xəbər verir ki, F-16 qəzası ABŞ istehsalı olan təyyarənin təhvil verilməsindən sonra ilk itkidir.

Ukrayna Baş Qərargahı Facebook-da açıqlamasında təyyarənin Rusiya hədəfinə yaxınlaşarkən qəzaya uğradığını və pilotun öldüyünü açıqlayıb.

Bildirilib ki, F-16-lar “yüksək effektivlik nümayiş etdirib” və Rusiyanın 4 qanadlı raketini vurub. Ukrayna Rusiyanın həmin gün enerji sektorunu hədəf alan 200-dən çox raket və pilotsuz uçan aparat atdığını açıqlayıb.

Açıqlamada, "Növbəti hədəfə yaxınlaşarkən təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həyatını itirib".



Günel Məlikzadə