-
- 30-08-2024, 16:24
- 604
Canlı yayımda əməliyyat edən həkimlə bağlı ŞOK məlumat
Bir neçə gün əvvəl Bakıda yerləşən özəl tibb mərkəzlərindən birində cərrahi əməliyyat zamanı “Tik-tok”da canlı yayım açan həkimlə bağlı maraqlı məlumatlar üzə çıxıb.
News24.az xəbər verir ki, bu haqda “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, özünü estetik cərrah kimi təqdim edən Rauf Rəhimli adlı həkim əslində təhsilini tam başa vurmayıb.
Xəbərə görə, “instaqram” və “tik-tok” kimi sosial şəbəkələrdə özünü cərrah kimi təqdim edən Rauf Rəhimli əslində Tibb Universitetinin “Ümumi Cərrahiyyə” fakültəsinin rezidentidir. Maraqlıdır ki, nəinki əməliyyat, hətta xəstə müayinə etmək səlahiyyəti olmayan, heç bir həkimlik sertifikatı almayan şəxs “Mərcan” klinikasında estetik əməliyyatlar həyata keçirir. Hətta bu əməliyyatları tik-tok-da canlı paylaşır.
Məlumatları redaksiyamıza verən mənbə onu da qeyd edib ki, Rauf Rəhimli öz instaqram səhifəsində özü əməliyyat edibmiş kimi yerləşdirdiyi şəkillərin əksəriyyəti xarici saytlardan götürülmə və ya ölkənin məşhur cərrahlarının əməliyyat etdiyi insanların şəkilləridir.
Son dövrlər ölkəmizdə sürətlə yayılan və bir növ dəb halını alan bədən şəkilləndirmə, sinə böyütmə və ya kiçiltmə əməliyyatları, o cümlədən digər estetik əməliyyatlar həkimlər üçün çox gəlirli sahə olaraq bilindiyindən əksər həkimlər bu sahəyə meyl edir. Amma bütün hallarda Səhiyyə Nazirliyinin uyğun sertifikatı olmadan, hətta Tibb Universitetini bitirmədən cərrahiyə əməliyyatları etməyin gələcəkdə çox ciddi fəsadları ola biləcəyi, insanların ağır tibbi problemlərlə üz-üzə qalacağı məlum məsələdir.
Xəbərlə bağlı yazıda adı çəkilən şəxsin və qurumların mövqeyini dərc etməyə hazırıq.