-
- 8-06-2019, 16:34
- 1 262
Bakıda kriminal avtoritetin güllələnməsi ilə TƏFƏRRÜAT - BAŞ PROKURORLUQ VƏ DİN AÇIQLADI
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri ötən gün Bakının Binəqədi rayonunda baş verən silahlı atışma barədə birgə məlumat yayıb.
News24.az-ın məlumatına görə, birgə məlumatda deyilir:
"Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib. Belə ki, cari il iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində “BMW-745” markalı avtomobildəki naməlum şəxslərin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı digər avtomobilə atəş açmaları, nəticədə bir nəfərin ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi “BMW-745” markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili təqib edib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq “Mercedes-Benz” markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.
T.Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".