-
- 27-10-2019, 11:57
- 943
Qandonduran qətl! Dostunu öldürüb su quyusuna atdı -TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda su quyusundan meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
News24.az xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Paytaxtın Biləcəri qəsəbə sakini Çiçək Əsgərova 16 oktyabrda Binəqədi Rayonu Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin özünə məxsus BMW markalı avtomobili ilə evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
Mərhum 32 yaşlı Həbibzadə Elvin Nazim oğlu təxminən 10 gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindən çıxıb və bir daha geri qayıtmayıb. Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib.
Aparılan araşdırmalar zamanı isə E.Həbibzadənin bir tanışı tərəfindən öldürüldüyü dəqiqləşib. Belə ki, tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə E.Həbibzadə hadisə yerində keçinib.
Hazırda faktla əlaqədar istintaq araşdırmaları aparılır. Cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilir.