Dəhşətli qəza: 4 ölü, 2 yaralı
    • Dünən, 22:50
    • 148

Dəhşətli qəza: 4 ölü, 2 yaralı

Konyada Rüstem Selman Baş idarə etdiyi avtomobil Abuzer Ç-nin idarə etdiyi yük maşınını arxadan vurub.

News24.az xəbər verir ki, qəza yerinə 112 Təcili Tibbi Yardım, polis və xilasetmə qrupları sövq edilib.

Zərbənin təsirindən yük maşınının altında qalan avtomobil yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Qəzada avtomobilin sürücüsü ilə yanaşı Lütfiyə Baş və Əli Şentürk hadisə yerində ölüb, Mələk Şentürk, Sultan və Yasin Baş isə ağır yaralanıb.

Təcili yardımla avtomobildən çıxarılaraq şəhərdəki xəstəxanalara çatdırılan yaralılardan Yasin Başı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Mələk Şentürk və Sultan Başın müalicəsinin davam etdiyi öyrənilib.

Günel Məlikzadə