"Sevgi insanı qanadlandırır" - VİDEO
    • Dünən, 21:58
    • 96

"Sevgi insanı qanadlandırır" - VİDEO

Xalq artisti Aygün Kazımova növbəti dəfə sevənləri ilə görüşüb. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, Pop kraliça anşlaqla keçən gecədə hit mahnılarını səsləndirib, pərəstişkarları ilə söhbət edib və onlarla fotolar çəkdirib. 

"Məni sevdiklərimin, fanatlarımın məhəbbəti xilas edə bilər" deyən Kazımova "Hardasan" mahnısını səsləndirib. 

Sevgidən söz açan müğənni "Sevgi qanadlandırır, uçurdur göyün yeddinci qatına qədər" sözlərini əlavə edib. 

"Sevgilim süz" mahnısını ifa edərkən Kazımova "Şərabı su ilə əvəz etmək olar. Sağlam həyata "hə" deyək" sözlərini bildirib. 

Tamaşaçıların yanına düşən Aygün onlarla fotolar çəkdirib.