Vatsapda bu da mümkün olacaq
    • Dünən, 23:36
    • 165

Vatsapda bu da mümkün olacaq

Vatsapın Android üçün sınaq versiyasında süni intellekt Meta əsasında səsli köməkçi ilə ünsiyyət qurmaq imkanı aşkar edilib.

News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Yenilik vatsapın Android üçün 2.24.18.18 nömrəsi ilə beta versiyasında müşahidə olunub.

Bu funksiyanın gələcək messencer yeniləmələrində bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir ki, bu da istifadəçilərə chatbot ilə daha effektiv əlaqə saxlamağa imkan verəcək.