Elnarə Sadiqova vəfat etdi - FOTO
    • Bu gün, 10:35
    • 538

Elnarə Sadiqova vəfat etdi - FOTO

Şəhid Sadiqov Rəsul Həşim oğlunun anası Elnarə Sadiqova vəfat edib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, şəhid anası xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.

44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda dəfn olunub.

Rəsul Sadiqov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.