-
- 2-09-2024, 09:51
- 248
Telegram-a qarşı cinayət işi açıldı
Cənubi Koreya polisi Telegram messencerinə qarşı cinayət işi açıb.
News24.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
İstintaqın platformada dərc olunan bəzi saxta məzmunlarla bağlı olduğu qeyd edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edib ki, messencer hesab məlumatları kimi lazımi məlumatları təqdim etmədiyi üçün araşdırmada müəyyən çətinliklər var.
Xatırladaq ki, Telegram-ın yaradıcısı Pavel Durov hazırda Fransada məhkəmə nəzarəti altındadır.
Məryəm İlhamqızı