Milli Məclisin ən gənc və yaşlı deputatı kimdir? - FOTO
    • Bu gün, 10:05
    • 191

Milli Məclisin ən gənc və yaşlı deputatı kimdir? - FOTO

Seçki günü (1 sentyabr) açıqlanan “Exit-poll” nəticələrinə görə Milli Məclisdə kimlərin oturacağı artıq demək olar ki, bəllidir.

Bu dəfə bəzi dəyişikliklər görsək də , 6-cı, 7-ci dəfə deputat seçilənlər də az olmadı.

ziyad-samadzade.jpg (56 KB)

News24.az musavat.com-a istinadla parlamentin ən gənc və yaşlı deputatının adını təqdim edir:

Açıqlanan nəticələrə görə parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadə olacaq. Onun hazırda 84 yaşı var. 3, 4, 5, 6 və indi də 7-ci çağırış deputat olacaq. Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri olub.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi irəli sürülüb, siyahıya görə 52 faiz səslə öndədir.

16274653414391011711_1200x630.jpg (83 KB)

Ən gənc deputat isə 31 yaşlı Səbinə Xasayevadır. Onun namizədliyi 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən irəli sürülüb. 68.4 faiz səslə öndədir. Səbinə Xasayeva 6-cı çağırış Milli Məclisə deputat seçilib. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.