Cəsədlərin hamısı tapıldı - Axtarış başa çatdı
    • Bu gün, 11:10
    • 251

Cəsədlərin hamısı tapıldı - Axtarış başa çatdı

Rusiyanın Kamçatka yarımadasında qəzaya uğramış Mi-8 helikopterinin göyərtəsindəki bütün şəxslərin cəsədləri tapılıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

“Xilasedicilər 22 nəfərin cansız bədənlərini aşkarlayıb. Onlardan 19-u turist, 3-ü ekipaj üzvüdür”, - məlumatda deyilir.

Rusiya FHN axtarışların başa çatdığını açıqlayıb. 

Xatırladaq ki, avqustun 31-də yoxa çıxmış helikopter Vaçkajets vulkanı-Nikolayevka kəndi marşrutu üzrə hərəkət edirdi.