Qar uçqununda iki turist itkin düşdü
    • 18-03-2024, 17:30
    • 355

Qar uçqununda iki turist itkin düşdü

Rusiyanın Kamçatka yarımadasında  bir qrup turist qar uçqunu altında qalıb, iki nəfər itkin düşüb.

News24.az xəbər verir, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi bildirib.

Qeyd olunur ki, turistlər dağ silsiləsi ilə gəzərkən güclü əsən külək onları kuluara atıb, daha sonra onlar qar topasının altında qalıb. Qrupun iki üzvündən başqa hamının həyatını xilas etmək mümkün olub. İtkin düşənlərin müstəqil axtarışı heç bir nəticə verməyib və turistlər xilasedicilərə müraciət ediblər.

Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka Xilasetmə Mərkəzinin əməkdaşları , Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin axtarış-xilasetmə dəstəsi və itlərlə birlikdə ixtisaslaşmış yanğın-xilasetmə dəstəsi hadisə yerinə gəlib. 

Mehriban Mirzəzadə