Emin Mahmudov “Neftçi” ilə vidalaşır? – SON DƏQİQƏ
    • Bu gün, 11:28
    • 93

Emin Mahmudov “Neftçi” ilə vidalaşır? – SON DƏQİQƏ

Emin Mahmudov tezliklə “Neftçi”dən ayrıla bilər.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi Türkiyədən yeni təklif alıb.

TFF I Liqada çıxış edən klublardan biri ona dəvət göndərib. Super Liqaya iddialı komanda millimizin lideri ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.

Rəsmilər menecerlər vasitəsilə onunla əlaqə saxlayaraq, bir sıra vədlər veriblər. Emin çağırışı qəbul etsə, əsas heyətin dəyişilməz üzvü olacaq, ödəmələri vaxtında alacaq.

Mahmudov hazırda “Neftçi”də yaxşı günlərini yaşamır. Roman Qriqorçuk artıq kapitanlıq sarğısını ondan alıb.

Bazubənd indi Ramil Şeydayevin qolundadır. Bu azmış kimi, ilk “11-lik”dəki yerini də itirib. Premyer Liqanın son turlarında ikinci hissə forma şansı qazanır.