-
- 16-07-2024, 22:36
- 367
Qriqorçuk Şeydayevin transferini dəyərləndirdi
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etmələrinə münasibət bildirib.
News24.az QOL.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu keçidin komandaları üçün üçün əla transfer olduğunu deyib:
“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edir, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.
Qeyd edək ki, bu gün "Neftçi" 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. Şeydayev paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.