-
- 3-09-2024, 13:14
- 473
Sevgilisinə görə boy uzatma əməliyyatı oldu - 167 min dollar...
Realiti-şou ulduzu Tereziya Fişer keçmiş sevgilisinin istəyi ilə ayağını uzatma əməliyyatı keçirib.
News24.az xəbər verir ki, keçmiş sevgilisi Tomas Behrend Tereziyaya “Uzun boylu olmasan, səni sevməyəcəyəm” deməsi onun əməliyyat olunmasına səbəb olub.
Tereziya bir sıra ağrılı əməliyyatlar keçirib. Bu əməliyyatlarda ayaq sümükləri kəsilərək metal çubuqlarla təchiz edilib. Nəticədə o, hündürlüyünü 1,70 metrdən 1,84 metrə yüksəldib.
Əməliyyatlar 2016-cı ildə başlayıb, 2022-ci ilə qədər davam edib.
Tereziya indi keçmiş sevgilisindən ayrılıb və yeni partnyoru Stefanla xoşbəxtdir. O, keçmiş münasibətlərini "büzülmə və boyun əymə" kimi təsvir edərək indiki münasibətlərinin daha sağlam olduğunu deyib.
Model keçən həftə Hamburqda keçirilən qalada yeni uzun ayaqlarını nümayiş etdirib. O, boyunun üstünlüklərindən danışarkən yeni partnyorunun bundan xüsusilə razı qaldığını vurğulayıb.
Məryəm İlhamqızı