-
- 29-08-2024, 11:12
- 536
Liposaksiya əməliyyatı sağlamlığına ZİYAN VURDU
Aydında yaşayan gənc qadın liposaksiya əməliyyatı keçirib.
News24.az xəbər verir ki, sağala bilməyən qadın 4 ay ərzində daha 9 əməliyyat keçirib.
Bundan sonra gənc qadın başqa xəstəxanaya müraciət edib və ayağından alınan toxuma sayəsində sağlamlığına qovuşub.
Həkim bildirib ki, bu cür əməliyyatlar qurumuş toxumaların qidalanması, çürüməsi, qan yığılması və yaraların ayrılması kimi arzuolunmaz nəticələrə səbəb ola bilər.
O qeyd edib ki, plastik cərrahiyyə əməliyyatı etmək fikrində olanlar plastik cərraha getməli və cərrahın Səhiyyə Nazirliyində qeydiyyatını yoxlatdırmalıdırlar.
Bundan əlavə, o, əməliyyatın tam təchiz olunmuş xəstəxanada aparılmasının vacibliyini vurğulayıb. Əgər qan durulaşdırıcı dərmanlardan istifadə edilirsə və ya xəstədə yüksək təzyiq varsa, bütün bu risk faktorlarının qiymətləndirilməsi lazım olduğunu söyləyib.
Məryəm İlhamqızı