Yun yorğanların insan sağlamlığına 8 möcüzəvi faydası
    • 3-09-2024, 22:34
    • 3 253

Yun yorğanların insan sağlamlığına 8 möcüzəvi faydası

Araşdırmalar ənənəvi yun yorğanların sağlamlıq üçün faydalı olduğunu ortaya çıxarıb.

News24.az Ölkə.Az-a istinadla  xəbər verir ki, yaxşı yuxu insan orqanizminin fiziki və ruhi sağlamlıq üçün əvəzsiz ehtiyaclarından biridir. 

Gecələr adekvat və keyfiyyətli yuxu ilə bütün günün yorğunluğunu və stressini atmaq mümkündür. Keyfiyyətli yuxu, əlbəttə ki, düzgün seçilmiş yataq materialları ilə əldə edilə bilər.

Odur ki, yun yorğanın faydalarını təqdim edirik:

1. 100% qoyun yunundan hazırlanmış yorğanlar istiliyi tarazlayır və bərabər paylayır. 

2. Ağır yun yorğanlar melatonin ifrazını əhəmiyyətli dərəcədə artırır. Yuxu problemi olanlar bu yorğanlar sayəsində daha rahat yuxuya gedə bilir.

3. Araşdırmalara görə, yun yorğanlar xoşbəxtlik hormonu olan serotonin səviyyəsini artırır.

4. Stress hormonu olan kortizol səviyyəsini aşağı salaraq narahatlığı azaldır.

5. Bu yorğanlar həm də ürək döyüntüsünü aşağı salır, sakitləşdirir, narahatlıq, diqqət çatışmazlığı kimi xəstəliklərdə şikayətləri azaldır.

6. Tərkibində heç bir zəhərli və kimyəvi maddə yoxdur.

7. Yunun tərkibindəki kiçik tüklər və lanolin adlı maddə sayəsində hər hansı mikrobların əmələ gəlməsinin qarşısını alır. Beləliklə, son dərəcə sağlam və gigiyenikdir.

8. Araşdırmalara görə, bədən çəkinizin 10%-ni  təşkil edən yorğanla yatmaq əslində parasimpatik sinir sistemini aktivləşdirir və təhlükəsizlik və sakitlik hissi verir, stress, qorxu və qəzəb kimi emosiyaları azaldır. Yəni orta hesabla 60 kq olan bir adam 6 kiloluq yorğanla yatırsa, bu, depressiyanı azalda və sinir sistemini sakitləşdirə bilər.