"Çin Rusiyaya hücum edə bilər" - ingilis jurnalist
    • Bu gün, 10:43
    • 139

"Çin Rusiyaya hücum edə bilər" - ingilis jurnalist

"Əgər Çin həqiqətən də ərazilərə nəzarəti bərpa etməkdə maraqlıdırsa, o zaman diqqətini Tayvana deyil, Rusiyaya hücuma yönəltməlidir, çünki hücum üçün “ən yaxşı məqam” Ukraynadakı əməliyyatlar səbəbindən artıq gəlməyəcək". 

News24.az xəbər verir ki, bu barədə jurnalist Corc Ellison “The Telegraph” üçün yazdığı məqalədə bildirib.

Müəllif hesab edib ki, Çinin Rusiyanı işğal etməsi Tayvana hücum etməkdən daha asandır, çünki rus qoşunlarının əksəriyyəti guya Ukraynadadır.

“Çin, yəqin ki, ABŞ-ın dəstəklədiyi mürəkkəb hava və dəniz yolu ilə Tayvanı işğala hələ hazır deyil. Lakin o, Rusiyaya quru işğalı həyata keçirməkdə heç bir ciddi çətinlik çəkməyəcək”, - jurnalist yazıb.

Ellison hesab edib ki, Çin, Rusiya Federasiyası ilə ÇXR arasında mübahisə predmeti olduğu iddia edilən Vladivostoku hədəf almalıdır. Onun fikrincə, bu, Pekinə Sakit okeandakı mövqeyini yaxşılaşdırmağa imkan verəcək.

Məryəm İlhamqızı