Müəllim sinif otağına həşərat dərmanı vurdu - 15 şagird...
    • 4-09-2024, 23:12
    • 499

Müəllim sinif otağına həşərat dərmanı vurdu - 15 şagird...

Yaponiyanın Kyoto əyalətinin Coyo şəhərindəki Teroda Minami İbtidai məktəbində arı panikası baş verib. 

News24.az xəbər verir ki, müəllimin sinifə daxil olan arılara qarşı sprey sıxmasından sonra 15 şagirddə boğazın yanması və göz yaşı kimi simptomlar yaranıb. 

Məktəb rəhbərliyinin çağırışı ilə hadisə yerinə çoxlu sayda həkim briqadası sövq edilib, şagirdlər ətrafdakı xəstəxanalara aparılıb və onlara tibbi yardım göstərilib. 

Dərmandan təsirləndiyi təsbit edilən 15 şagird qısa müddət sonra evə buraxılarkən, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Məryəm İlhamqızı