Yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
    • Bu gün, 18:58
    • 448

Yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib.

News24.az sfera.az-a istinadla xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ildən AMEA Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.