Akademiya prezidentindən İLK TƏYİNAT
    • 10-11-2022, 16:37
    • 314

Akademiya prezidentindən İLK TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

News24.az xəbər verir ki, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub.

2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdirinin müavini vəzifəsində işləyib.

Yeni Azərtbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk təşkilatının sədridir.

Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.