Pənah Hüseyn istefa verdi - Təcili
    • 5-09-2024, 12:39
    • 524

Pənah Hüseyn istefa verdi - Təcili

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verib.

News24.az xəbər verir ki, bu barədə o “Azadlıq Radiosu”na açıqlamasında deyib.

Pənah Hüseyn istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.

O bu qərarını yaxın günlərdə rəsmi şəkildə açıqlayacağını bildirib.