-
- 5-09-2024, 14:11
- 568
Türkiyə hökuməti inflyasiya proqnozlarını artırdı
Türkiyədə inflyasiyanın 2024-cü ilin sonuna kimi 41,5 faiz təşkil edəcəyi gözlənilir.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu vitse-prezident Cevdet Yılmaz respublikanın 2025-2027-ci illər üçün iqtisadi inkişaf proqramını açıqlayarkən deyib. Əvvəllər Türkiyədə ilin sonunda inflyasiya 33 faiz səviyyəsində proqnozlaşdırılırdı. Bu isə proqnozda ciddi artımın edildiyini göstərir.
2025-ci il üçün Türkiyənin inflyasiya proqnozu keçən il qəbul edilmiş əvvəlki proqram üzrə 15,2 faizdən 17,5 faizədək artırılıb. 2026-cı il üçün respublikada inflyasiya 9,7% proqnozlaşdırılır, əvvəlki göstərici 8,5 faiz idi. Yılmaz bildirib ki, 2027-ci ilin sonuna inflyasiyanın 7 faizə düşəcəyi gözlənilir.
Avqustun sonunda Türkiyədə inflyasiya illik 51,97 faiz təşkil edib. Yılmazın sözlərinə görə, Türkiyə iyun ayından etibarən deinflyasiya dövrünə qədəm qoyub ki, bu da hökumətin proqnozlarına uyğundur: “Makroiqtisadi göstəricilərin əlverişli inkişafı investorlar tərəfindən ölkəmiz haqqında təsəvvürə müsbət təsir göstərib, kredit reytinqləri və milli valyuta ehtiyatları artıb”. O qeyd edib ki, avqustun sonunda valyuta ehtiyatları bir il əvvəlki 98,5 milyard dollarla müqayisədə 150,4 milyard dollar təşkil edib.
Türkiyədə bu ilin sonuna qədər iqtisadi artımın 3,5 faiz olacağı gözlənilir. Əvvəlki proqnoz 4 faiz idi. 2025-ci ilin sonunda respublikada iqtisadi artımın 4faiz, 2026-cı ildə 4,5 faiz, proqramın sonunda isə 5 faiz olacağı gözlənilir.