ABŞ-da inflyasiya rəqəmləri açıqlandı
    • 12-06-2024, 17:01
    • 551

ABŞ-da inflyasiya rəqəmləri açıqlandı

ABŞ Əmək Nazirliyi may ayı inflyasiya məlumatlarını açıqlayıb.

News24.az xəbər verir ki, may ayında ABŞ-da inflyasiya aylıq bazda dəyişməyib. İllik inflyasiya 3,3 faiz olaraq açıqlanıb.

Qeyd edək ki, illik inflyasiyanın 3,4 faiz olaraq açıqlanacağı gözlənilib. Aylıq inflyasiyanın isə 0,1 faiz artacağı gözlənilib.

Aprel ayında inflyasiya 3,4 faizlə gözləntilərdən bir qədər aşağı olub.

Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan əsas CPI may ayında aylıq 0,2 faiz, illik isə 3,4 faiz artıb. Gözləntilər aylıq 0,3 faiz, illik isə 3,5 faiz artım idi.

Günel Məlikzadə